İsrailin hücumu zamanı İranın 6 nüvə alimi həlak olub

İsrailin gecə saatlarında endirdiyi hava zərbələri nəticəsində İranın nüvə proqramında iştirak edən azı 6 alim həlak olub.
Bu barədə yerli və beynəlxalq mənbələr məlumat yayıb.
MOSSAD-ın (İsrailin kəşfiyyat xidməti) məlumatına əsasən, hədəfə alınan şəxslər birbaşa İranın nüvə silahı istehsalı ilə bağlı layihələrdə iştirak ediblər və ölkənin strateji planlarının əsas icraçıları olublar.
Kəşfiyyat məlumatlarına görə, İran yaxın bir neçə gün ərzində 15 nüvə başlığı istehsal etməyə hazırlaşırdı. İsrailin bu istiqamətdə atdığı addım təhlükənin qarşısını almağa yönəldilmiş qabaqlayıcı zərbə kimi dəyərləndirilir.
Həlak olan alimlərin arasında urana zənginləşdirilməsi, raket daşıyıcı sistemlərin hazırlanması, eləcə də nüvə obyektlərinin təhlükəsizliyi ilə bağlı sahələrdə çalışan mühüm mütəxəssislərin olduğu qeyd olunur.
Hadisə İran daxilində və beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub. Tehran rəsmiləri bu hücumların cavabsız qalmayacağını bəyan ediblər. İranın ali lideri Əli Xamenei isə ordunun tam sərbəst şəkildə cavab tədbirləri görməsinə icazə verildiyini vurğulayıb.
Hazırda bölgədə vəziyyət son dərəcə gərgindir və yeni eskalasiya dalğasının başlayacağı ehtimalı yüksək qiymətləndirilir.
Oxşar xəbərlər
44 yaşlı aktyor aparıcı ilə nişanlandı
Məşhur aktyor Tolga Güleç evlilik yolunda ilk addım atıb. BAKU.WS xəbər verir ki, 44 yaşlı aktyor sevib-seçdiyi aparıcı ilə Öykü Cengizlə nişanlanıb. Cütlüyün...
