İsrailin hücumlarında Livanda ölənlərin sayı 687-yə çatıb
Livan hökuməti İsrailin ölkəyə həyata keçirdiyi hücumlar nəticəsində ölənlərin sayının 687-yə yüksəldiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Livanın İnformasiya naziri Pol Markus Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, martın 2-dən bəri davam edən hücumlar nəticəsində yaralananların sayı da artaraq 1768 nəfərə çatıb.
Qeyd olunub ki, Livan Səhiyyə Nazirliyi bir gün əvvəl ölənlərin sayının 634, yaralıların sayının isə 1586 nəfər olduğunu bildirmişdi.
Xatırladaq ki, İsrail ordusu martın 2-də Livan ərazisindən raket atıldığını bildirmiş və bundan sonra ölkənin şimal bölgələrində həyəcan siqnalları səsləndirilmişdi. Ardınca İsrail Livan ərazisinə genişmiqyaslı hava zərbələri endirməyə başladığını açıqlamış, paytaxt Beyrut da daxil olmaqla müxtəlif bölgələrə havadan və dənizdən hücumlar təşkil etmişdi.
Livan hökumətinin məlumatına görə, hücumlar nəticəsində 816 min 700 nəfər sığınacaq mərkəzlərinə müraciət edib.
Oxşar xəbərlər
Rusiyada məmurlar bu telefonlardan istifadə edir?
Rusiyada son günlər mobil rabitə və internetdə yaranan fasilələr fonunda bəzi deputatların köhnə model düyməli telefonlardan istifadə etdiyi bildirilir. BAKU.W...