İsraildə meşə yanğınları: 12 min hektar ərazi külə döndü

İsrailin Qüds və Təl-Əviv şəhərləri arasındakı meşəlik ərazidə başlayan və hələ də nəzarətə alına bilməyən güclü yanğınlar nəticəsində təxminən 12 min ha sahə yanaraq külə dönüb.
BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, Eştaol meşəsində başlayan alovlar Kanada Parkı, Elad Meşəsi və digər bölgələrə yayılıb.
Alovların sürətlə yayılması səbəbindən təxminən 7 min nəfərin yaşadığı 10 yaşayış məntəqəsi boşaldılıb.
İsrailin "Yedioth Ahronoth" qəzetinin yazdığına görə, yanğınlar İsrailin mərkəzində bir çox bölgəyə ziyan vurub. Kanada Parkının demək olar ki, tamamilə yandığı bildirilib.
Yanğınlar səbəbilə ölkədə bir çox meşəlik ərazi və parklara giriş müvəqqəti olaraq qadağan edilib. İsrail Səhiyyə Nazirliyi, Qüdsdəki Hadassah xəstəxanasındakı xəstələrin təhlükəsizlik məqsədilə təxliyə edildiyini açıqlayıb. Ağır vəziyyətdə olan xəstələr isə yanğından uzaq ərazilərə göndərilib.
İsrail Yanğın Xidməti 12 nəfər yanğınsöndürənin yaralandığını açıqlayıb. Güclü külək səbəbilə alovların qarşısını almaq çətinləşdiyi üçün İsrail beynəlxalq yardım çağırışı edib.
Qalereya

Oxşar xəbərlər
Şabanın həyat yoldaşı bu paylaşımı ilə hər kəsi təsirləndirdi
Mərhum aktyor Kemal Sunalın (Şaban) həyat yoldaşı Gül Sunal sosial şəbəkə paylaşımı ilə təsirləndirib. BAKU.WS xəbər verir ki, o instaqram hesabında toy günün...