İsrail və Livan ABŞ-nin rəhbərliyi ilə danışıqlara başlayır
11
mar
2025
23:00
ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisinin müavini Morqan Ortaqus İsrail və Livan arasında sərhəd məsələlərinin həlli üçün əldə olunan razılaşmanı açıqlayıb.
"Report" xəbər verir ki, diplomat bu barədə "Al Jadeed" telekanalına müsahibəsində bildirib.
O, Vaşinqtonun tərəflər arasında vasitəçi kimi çıxış edəcəyini söyləyib.
"İsrail və Livan ABŞ-nin himayəsi altında quru sərhədləri ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün danışıqlara başlamaq barədə razılığa gəliblər. Qalan məsələlərin həlli ilə bağlı işçi qrupları yaratdıq", - Ortaqus əlavə edib.
Oxşar xəbərlər
Arvadı Makronu təyyarədə iranlı aktrisa ilə yazışmalarına görə sillələyib?
Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron arasında ötən il Vyetnam səfəri zamanı baş verən insidentlə bağlı yeni iddialar yayılıb. BAKU.W...