İsrail və "Hizbullah" atəşkəs bağlaya bilər - İlkin razılıq verilib

İsrail və Hizbullah atəşkəs bağlaya bilər - İlkin razılıq verilib
Dünya 30

İsrail Livanda atəşkəs barədə ABŞ tərəfindən təklif olunan razılaşmaya ilkin razılıq verib.

BAKU.WS xəbər verir ki, bu barədə İsrailin "Ynet" xəbər portalı yazıb.

Məlumata görə, razılaşma İsrail Nazirlər Kabineti tərəfindən yekun təsdiq olunmalıdır.

Bildirilir ki, ABŞ-nin region üzrə xüsusi nümayəndəsi Amos Hoxşteyn (Amos Hochstein) noyabrın 24-də Livan rəsmilərinə İsrailin qərarı barədə məlumat verib.

"Axios" portalının jurnalisti Barak Ravid qeyd edib ki, Hoxşteyn İsrail hakimiyyətinə xəbərdarlıq edib və əgər razılaşma qəbul olunmazsa, vasitəçilik səylərinin dayandırılacağını bəyan edib.

Livanın "Al Nahar" qəzetinin məlumatına əsasən, razılaşma layihəsində 60 günlük keçid dövrü nəzərdə tutulur. Bu müddətdə tərəflər döyüşləri dayandıracaq, İsrail isə cənub Livandan qoşunlarını çıxaracaq. Sərhəd bölgələrində Livan ordusu BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin dəstəyi ilə yerləşdiriləcək.

İsrail sentyabrın 23-də Livandakı "Hizbullah" hərəkatına qarşı "Şimal Oxları" adlı əməliyyata başlayıb. Əməliyyat çərçivəsində təşkilatın hərbi obyektlərinə genişmiqyaslı zərbələr endirilib. Eyni zamanda paytaxt Beyrutda bir çox yaşayış məntəqələri də bombadrman olunur. "Hizbullah" da İsrailə cavab zərbələri endirir, istər hərbi obyektlər, istərsə də digər məkanlar raket və dronlar zərbələrinə məruz qalır.

Təklif olunan razılaşma regiondakı gərginliyin azalması üçün mühüm addım ola bilər. Lakin bu, tərəflərin şərtləri yerinə yetirmək iradəsindən asılı olacaq.

Son xəbərlər