İsrail Somalidə hərbi baza yaratmağı planlaşdırır
İsrail Somali ərazisində hərbi baza yaratmağı planlaşdırır.
BAKU.WS xəbər verir ki, bu barədə Bloomberg nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail 2025-ci ilin sonunda strateji səbəblərə görə Somalilin müstəqilliyini tanıyan ilk ölkə olub. Bu addımın əsas səbəblərindən biri Aden körfəzinin qarşı sahilində yerləşən husilərin fəaliyyətidir. Təl-Əviv bu qruplaşmanı təhlükə kimi qiymətləndirir.
Mənbələr bildirir ki, İsrail artıq potensial hərbi bazanın yaradılması üçün ilkin hazırlıqlara başlayıb. Bildirilir ki, İsrail təhlükəsizlik xidmətlərinin bir qrupu mümkün baza və ya husilərlə mübarizə üçün obyektin yerləşəcəyi ərazini müəyyənləşdirmək məqsədilə Somaliyə səfər edib.
Qeyd olunur ki, husilər daha əvvəl İranın İsrail və ABŞ-lə qarşıdurmasında Tehranın tərəfini tutublar. 2025-ci ilin iyununda İran və İsrail arasında baş verən 12 günlük müharibədən iki gün sonra Yəmən husiləri Tel-Əvivdə İsrail Müdafiə Qüvvələrinin (IDF) infrastrukturuna zərbə endirmişdi.
Xatırladaq ki, Somali 2024-cü ildə qonşu Efiopiya ilə memorandum imzalayıb. Bu sənədə əsasən, Addis-Abeba da qismən tanınan bu ərazidə hərbi baza yaratmaq imkanını nəzərdən keçirə bilər.
Oxşar xəbərlər
Gözün buynuzlu qişasını bərpa etməyin təəccüblü yolu kəşf edildi
Qranada Universitetinin alimləri təəccüblü kəşfə imza atıblar. BAKU.WS xəbər verir ki, onlar balıq pulcuqlarından istifadə edərək gözün buynuzlu qişasının bərpa...