İsrail "Rəfah" keçid məntəqəsini açmayacaq
İsrail atəşkəs razılaşmasında nəzərdə tutulduğu halda, Qəzza zolağı ilə Misir arasındakı "Rəfah" sərhəd keçid məntəqəsini sabah açmamağa qərar verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
İsrail tərəfi bu qərarı HƏMAS-ın ölən girovların meyitlərinin hamısının qaytarılması ilə bağlı götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırır.
HƏMAS-a qarşı sanksiyalar çərçivəsində İsrail həmçinin Qəzza zolağına göndərilən humanitar yardımın həcmini azaldacaq.
"Dünən qruplaşma sağ qalmış 20 girovu azad edib və həlak olmuş dörd girovun meyitini təhvil verib, 24 meyit isə Qəzzadadır", - məlumatda bildirilib.
Oxşar xəbərlər
İranda 87 gündən sonra internet məhdudiyyətləri ləğv olunur
İranda fevralın 28-dən etibarən tətbiq edilən genişmiqyaslı internet məhdudiyyətləri aradan qaldırılır. BAKU.WS "Mehr"ə istinadən xəbər verir ki, İran Prezident...