İsrail Qəzza sektorundan Qüdsün atəşə tutulduğunu açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Qəzza zolağından olan fələstinli radikallar uzun müddətdən sonra ilk dəfə Qüdsə doğru raket atıblar.
"Report" xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, raket təhlükəsinə görə ölkənin bir sıra bölgələrində, o cümlədən Qüds ətrafında, Negev səhrasının bəzi hissələrində və İsrailin mərkəzindəki Şfela vadisində həyəcan siqnalı verilib.
Ümumilikdə hərbçilər Qəzzadan iki mərmi atıldığını qeydə alıblar.
"Hədəflər istiqamətində ələkeçirən raketlər buraxılıb. Təfərrüatlar dəqiqləşdirilir", - məlumatda deyilir.
İnsan tələfatı və dağıntılar barədə hələlik məlumat yoxdur.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...