İsrail ordusu Qəzzada üç silahlı qruplaşma üzvünün öldürüldüyünü açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağında keçirilən əməliyyat zamanı HƏMAS, "İslam ordusu" və Fələstinin "İslam cihadı" təşkilatına bağlı üç silahlının zərərsizləşdirildiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İsrail hərbçilərinə qarşı hücumlar hazırladığı iddia edilən şəxslərə dəqiq zərbələr endirilib.
Məlumata əsasən, əməliyyat nəticəsində HƏMAS-ın Qəzza zolağının şimalındakı "Cəbaliyə" batalyonunun komandiri Əhməd Xudar, Qəzza şəhərində fəaliyyət göstərən "İslam ordusu" qruplaşmasının üzvü İmad Xamis Taram və Fələstinin "İslam cihadı" təşkilatının üzvü Həsən İbrahim Şəhadə Kəhman öldürülüb.
İsrail tərəfi iddia edir ki, adıçəkilən şəxslər ölkənin hərbçilərinə və mülki vətəndaşlarına qarşı hücumlar planlaşdırırdılar.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...