İsrail ordusu Qəzzada HƏMAS-ın vacib simalarını vurduğunu açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail qüvvələri Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının qərargahına zərbələr endirib.
"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zərbənin hədəfi hərəkatının adları açıqlanmayan mühüm şəxsləri olub.
"Bir müddət əvvəl İsrail Ordusu və Baş Təhlükəsizlik Xidməti Qəzza şəhəri ərazisində HƏMAS-ın komanda-nəzarət mərkəzində yerləşən tanınmış terrorçulara hücum edib. Komanda və idarəetmə mərkəzi terrorçular tərəfindən İsrailin mülki əhalisinə və hərbçilərinə qarşı hücumları planlaşdırmaq və həyata keçirmək üçün istifadə edilib", – məlumatda deyilir.
Ordu vurğulayıb ki, zərbədən əvvəl Qəzzada mülki əhaliyə dəyən zərəri minimuma endirmək üçün çoxsaylı tədbirlər görülüb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...