İsrail ordusu Qəzzada HƏMAS-ın əsas maliyyəçilərindən birini öldürdüyünü açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail ordusu Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının əsas maliyyəçilərindən birini öldürüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hədəfi Caser Hüseyn Əli Şamiya olan xüsusi əməliyyat bir həftə əvvəl Qəzza şəhərində İsrailin Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilib. İsrail hərbçilərinin məlumatına əsasən, o, HƏMAS-ın hərbi qanadı üçün vəsait toplamaqdan məsul olub və əvvəllər hərəkatın Qəzza briqadasında batalyon komandiri olub.
"Müharibənin əvvəlindən Şamiya HƏMAS-ın hərbi qanadına onmilyonlarla dolların köçürülməsinə cavabdeh olub. Bu vəsaitlər hərbi qanadın gücləndirilməsi, HƏMAS terrorçularına maaşların ödənilməsi və bütövlükdə terror təşkilatının maliyyələşdirilməsi üçün istifadə edilib. Bundan əlavə, bu, hərbi əməliyyatların davam etdirilməsinə və Qəzzanın şimalındakı HƏMAS briqadalarının mövcudluğunun saxlanmasına imkan verib", - bəyanatda deyilir.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...