İsrail Ordusu: İran tərəfdən artıq təhlükə yoxdur
01
okt
2024
22:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İranın İsrailə qarşı kütləvi raket hücumu artıq başa çatıb.
"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari müraciətində bildirib.
Məlumata görə, İsrail hərbçiləri ölkə əhalisinə sığınacaqları tərk etməyə icazə verib.
"İndiki mərhələdə biz İrandan əlavə təhlükələr müşahidə etmirik. Mühafizə olunan əraziləri tərk etmək mümkündür", - o deyib.
Onun sözlərinə görə, İranın kütləvi raket hücumunun nəticələri olacaq:
"Planlarımız var. Lazım olan vaxt və lazım olan yerdə hərəkətə keçəcəyik".
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...