İsrail ordusu: "Hizbullah"ın elit bölmələrinin komandirlərindən biri öldürülüb
İsrail hərbçiləri Livanın Nəbatiya şəhəri yaxınlığındakı hava hücumları zamanı "Hizbullah"ın elit bölməsi olan "Əl-Hacı Radvan Qüvvələri"nin komandir müavini Mustafa Əhməd Şahadinin öldürüldüyünü açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri teleqram kanalında məlumat yayıb.
Məlumata görə, Şahadi dəfələrlə İsrailə qarşı hücumlara rəhbərlik edib. 2012-2017-ci illərdə o, Suriyada "Əl-Hacı Radvan Qüvvələri" bölməsinin hərbi əməliyyatlarına cavabdeh olub.
Qeyd olunub ki, Şahadinin öldürülməsi "Əl-Hacı Radvan Qüvvələri"nin imkanlarının zəiflədilməsi istiqamətində növbəti addımdır.
Oxşar xəbərlər
Sakit Okean sahillərində 7.2 ballıq zəlzələ - Sunami təhlükəsi elan olunub
Sakit okeanda, Vanuatu sahillərində 7,2 maqnitudalı zəlzələ qeydə alınıb. BAKU.WS xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yeraltı təkanla...