İsrail ordusu Əli Xameneinin öldürülməsi ilə bağlı məsuliyyəti üzərinə götürdü
İsrailin Müdafiə Ordusu İranın Ali rəhbəri Əli Xameneinin öldürülməsi ilə bağlı məsuliyyəti qəbul edib.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat-İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən yayılan açıqlamada əks olunub.
Bildirilib ki, əməliyyat İsrail Hərbi Hava Qüvvələri tərəfindən aparılıb və hədəf seçimi kəşfiyyat orqanlarının təqdim etdiyi detallı məlumatlar əsasında müəyyən edilib. Açıqlamaya görə, zərbə Tehranda yerləşən mərkəzi komandanlıq binasına Xamenei və bir sıra yüksək vəzifəli şəxslərin orada olduğu vaxt endirilib.
İran rəsmiləri isə bazar gününə keçən gecə Xameneinin həyatını itirdiyini rəsmi şəkildə təsdiqləyiblər.
Hadisə regionda gərginliyi daha da artırıb və beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.
Oxşar xəbərlər
ABŞ səfirliyi Beyrutdakı vətəndaşlarına "sığınacaqda qalın" çağırışı edib
ABŞ-nin Livandakı səfirliyi Beyrutda yaşayan ABŞ vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı edərək onları "yerində sığınacaqda qalmağa" çağırıb. BAKU.WS xəbər ve...