İsrail ordusu Beyrutun cənubunda "Hizbullah" komandirini öldürüb
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparat Livanın paytaxtının cənubunda magistral yolda hərəkət edən avtomobilə zərbə endirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, zərbə nəticəsində "Hizbullah" təşkilatının silahlı qanadının komandirlərindən biri ölüb.
Hadisə Halde şəhərətrafı məhəllədə, hərəkətin gediş-gəlişi olan avtomobil yolunda baş verib. Raketin vurduğu avtomobil yanıb.
Telekanalın mənbələri iddia edir ki, ölən komandir "Hizbullah" rəhbərliyində İslam İnqilabı Keşikçiləri Korpusunun bir hissəsi olan Qüds xüsusi təyinatlı dəstəsi ilə qarşılıqlı əlaqəyə cavabdeh olub.
İsrail Müdafiə Ordusu silah qaçaqmalçılığına və terror hücumlarının təşkilinə görə məsuliyyət daşıyan şəxsin öldürüldüyünü təsdiqləyib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...