İsrail Livanın cənubunda məhdud quru əməliyyatına başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Müdafiə Ordusu "Hizbullah" qruplaşması üzvlərinin aşkarlanması və məhv edilməsi üçün Livanın cənubunda məhdud əməliyyata başlayıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, quru qüvvələri Livan ərazisinə daxil olmazdan əvvəl qruplaşmanın çoxsaylı obyektləri hərbi hava qüvvələrinin köməyi ilə vurulub.
"Bu əməliyyat ön xətdə müdafiə mövqelərinin möhkəmləndirilməsinə və İsrailin şimal hissəsinin sakinləri üçün əlavə müdafiə səviyyəsinin təmin edilməsinə yönəlib", - İsrail ordusu vurğulayıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...