İsrail Livana genişmiqyaslı hava hücumuna başladı
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail ordusu 23 sentyabr səhər saatlarından etibarən Livanın cənub şəhərlərinin yanı sıra Bəqaa və Bəəlbək bölgələrinə yüzlərlə hava hücumu həyata keçirib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Livan Səhiyyə Nazirliyi hücumlarda 558 nəfərin öldüyünü, 1835 nəfərin yaralandığını açıqlayıb.
Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimal bölgələrinə köç dalğası davam edir.
Digər tərəfdən Hizbullah hücumlara cavab olaraq İsrailin şimalına raket zərbələri endirməkdə davam edir. Hizbullahın atdığı raketlərə görə İsrailin şimalındakı Safed şəhərində sirenlər çalıb. Atılan raketlərin əksəriyyətinin İsrailin müdafiə sistemi tərəfindən havada məhv edilib.
Qalereya
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...