İsrail İranın mərkəzini vuracaqdı! Son sözü Tramp dedi

İsrail İranın mərkəzini vuracaqdı! Son sözü Tramp dedi
Dünya 49

İsrail mətbuatında yer alan xəbərlərə görə, İranla yaşanan son gərginlik zamanı İsrail ordusu daha əhatəli bir hücum planını son anda təxirə salıb.

BAKU.WS xəbər verir ki, "Times of Israel" qəzetinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Ömər Tişler hərbçilərə göndərdiyi mesajda İrana qarşı böyükmiqyaslı əməliyyatın hazırlıqlarının tamamlandığını, lakin hücumun başlamasına az qalmış ləğv edildiyini bildirib.

Tişlerin sözlərinə görə, İsrail Hərbi Hava Qüvvələri İranın raket hücumlarına cavab olaraq ölkə daxilindəki yüzlərlə hədəfə qarşı genişmiqyaslı əməliyyat planlaşdırıb.

İsrail qırıcılarının döyüşə hazır vəziyyətə gətirildiyi və hücumla bağlı təlimatların keçirildiyi qeyd olunub.

Lakin əməliyyatın başlamasına təxminən bir saat qalmış hücum əmri geri götürülüb.

İsrail mətbuatının iddialarına görə, əməliyyatın ləğv edilməsində ABŞ Prezidenti Donald Trampın gərginliyin daha da artmaması istiqamətindəki xəbərdarlığı mühüm rol oynayıb.

Xəbərdə Baş nazir Benyamin Netanyahunun Trampın mesajından sonra planlaşdırılan hücumu dayandırmaq qərarı aldığı irəli sürülüb.

İsrail mediasına görə, ləğv edilən əməliyyat baş tutacağı təqdirdə, İranın daxili bölgələrindəki yüzlərlə hədəf eyni anda vurulacaq və regionda gərginlik daha təhlükəli bir həddə çatacaqdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər