İsrail İrana zərbələri başa çatdırdı
İsrail İranın qərb və mərkəzi hissələrində hərbi hədəflərə hava zərbələri endirib.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Qüvvələri yayıb.
İranın "PressTV" telekanalı isə ölkənin paytaxtı Tehran da daxil olmaqla, Təbriz və İsfahanda partlayış olduğunu açıqlayıb.
***09:34
İsrail Müdafiə Qüvvələri (İMQ) İranın mərkəzi və qərbindəki hərbi hədəflərə zərbələr endirib.
BAKU.WS xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, hücum İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilib.
Axios-un Amerika rəsmisinə istinadən verdiyi məlumata görə, bu hava hücumları miqyasca "nisbətən məhdud" olub.
Oxşar xəbərlər
Sakit Okean sahillərində 7.2 ballıq zəlzələ - Sunami təhlükəsi elan olunub
Sakit okeanda, Vanuatu sahillərində 7,2 maqnitudalı zəlzələ qeydə alınıb. BAKU.WS xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yeraltı təkanla...