İsrail İranın hərbi obyektlərini vurub
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gecə İsrail İranın paytaxtı Tehranda mühüm hərbi, sənaye və elmi-tədqiqat obyektlərinə bir sıra hava zərbələri endirdiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) "Telegram" kanalında məlumat verilib.
Məlumata görə, əməliyyatda İsrail Hərbi Hava Qüvvələrinin 60-dan çox qırıcısı iştirak edib. Ümumilikdə 120-yə yaxın sursat istifadə olunub. Zərbələr İsrail hərbi kəşfiyyatının əldə etdiyi əvvəllər kəşf edilmiş koordinatlar üzrə həyata keçirilib.
Vurulan hədəflər arasında raket komponentləri və mühərriklərin yaradılması üçün istifadə olunan materialların istehsalı obyektləri olub.
İranın nüvə proqramında əsas fiqur sayılan Möhsün Fəxrizadənin 2011-ci ildə təsis etdiyi SPND təşkilatının qərargahına xüsusi diqqət yetirilib. İsrail tərəfinin sözlərinə görə, mərkəz hərbi ehtiyaclar üçün qabaqcıl texnologiyalar hazırlayırmış.
İDF-nin nüvə silahı komponentlərinin istehsalı ilə məşğul olduğunu bildirdiyi obyektə də zərbə endirilib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...