İsrail İran prezidentinin ofisinə hücum etdiyini iddia edib

İsrail İran prezidentinin ofisinə hücum etdiyini iddia edib
Dünya 79

İsrail İran prezidentinin ofisinə hücum etdiyini iddia edib.

BAKU.WS "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İMQ) sosial media hesabında bildirib.

Qeyd edilib ki, İsrail Tehranda bir neçə hökumət binasına, o cümlədən İran prezidenti Məsud Pezeşkyanın iqamətgahına zərbələr endirib.

"Mərkəzə hücum zamanı prezident iqamətgahına və Ali Milli Təhlükəsizlik Şurasının binasına çoxsaylı silahlar atılıb. Bundan əlavə, rejimin ən yüksək təhlükəsizlik qərar qəbuletmə orqanının yerləşdiyi əraziyə, eləcə də İran Zabitlərinin Təlim İnstitutuna və digər vacib infrastruktur obyektlərinə hücum edilib" - deyə bəyanatda deyilib.

Bundan əvvəl İsrailin Mossad kəşfiyyat agentliyi və xüsusi təyinatlı qüvvələri İranda gecə quru əməliyyatı keçirib.

İran mənbələrinin məlumatına görə, İsrailin hava hücumları İsfahandakı müdafiə sənayesi qərargahlarını hədəfə alıb.

Son xəbərlər