İsrail ilk dəfə etiraf etdi: "Dəmir Günbəz" BƏƏ-də yerləşdirilib

İsrail ilk dəfə etiraf etdi: Dəmir Günbəz BƏƏ-də yerləşdirilib
Dünya 26

İsrail İranla baş vermiş hərbi qarşıdurmanın ilk günlərində Birləşmiş Ərəb Əmirliklərinin müdafiəsini gücləndirmək məqsədilə ölkəyə "Dəmir Günbəz" hava hücumundan müdafiə sisteminin bir batareyasını yerləşdirdiyini ilk dəfə rəsmi şəkildə təsdiqləyib.

BAKU.WS xəbər verir ki, bu barədə açıqlama verən İsrailin nəqliyyat naziri Miri Regev bildirib ki, qərar İranın ballistik raket potensialı nəzərə alınaraq qəbul edilib.

Onun sözlərinə görə, həmin dövrdə əsas təhlükə məhz ballistik raket hücumları hesab olunurdu və bu səbəbdən əlavə müdafiə tədbirlərinə ehtiyac yaranmışdı.

Qeyd edək ki, Miri Regev "Dəmir Günbəz" sisteminin BƏƏ-də yerləşdirildiyini rəsmən təsdiqləyən ilk İsrail hökumət üzvü olub. Bundan əvvəl isə bu barədə yalnız ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi məlumat vermişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər