İsrail "Hizbullah"ın elit bölməsinin komandirini MƏHV ETDİ
Livanda İsrail ordusunun endirdiyi zərbə nəticəsində "Hizbullah" hərəkatının elit "Radvan" bölməsinin komandirlərindən biri məhv edilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.
Hərbçilərin sözlərinə görə, əməliyyat "Hizbullah"ın atəşkəs razılaşması çərçivəsində təhlükəsizlik zonasında fəaliyyət göstərən İsrail hərbçilərinə qarşı törətdiyi terror aktından sonra həyata keçirilib. Gecə saatlarında Ənsar bölgəsində "Radvan"ın mərkəzi qərargahına aviazərbə endirilib.
Bəyanatda bildirilir ki, zərbə nəticəsində sözügedən bölmənin batalyon komandiri Əli Samir əl-Hac Həsən məhv edilib. Ordunun məlumatına görə, zərbə zamanı təhlükəsizlik zonasında İsrail qüvvələrinə qarşı hücumlar hazırlayan bir neçə silahlı da zərərsizləşdirilib.
"Zərbə beynəlxalq hüquqa uyğun olaraq qanuni hədəf olan Həsənə qarşı dəqiq şəkildə yönəldilib", - deyə bəyanatda bildirilib.
Hərbçilər qeyd ediblər ki, zərbə zamanı Həsənin ailəsi qərargahda olub. SAXAL iddia edir ki, ailə üzvləri zərbənin hədəfi olmayıb və komandir obyektin daxilində onlarla birlikdə gizlənərək onlardan "canlı qalxan" kimi istifadə edib.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
Sentyabrın 10-da səhər saatlarında baş verən bir neçə hücumdan sonra "Şərq - Qərb" neft kəmərinin Ər-Riyad və Mədinə ərazisindəki işi ehtiyat tədbiri məqsədilə...