İsrail hava məkanını qismən açdı – ilk reyslər həyata keçirildi
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail hakimiyyəti fevralın 28-dən sonra ilk dəfə ölkənin hava məkanını qismən uçuşlar üçün açıb.
BAKU.WS xəbər verir ki, bu barədə İsrail Hava Limanları İdarəsi məlumat yayıb. Məlumatı TASS agentliyi yayıb.
Bildirilib ki, məhdud sayda sərnişin daşıyan ilk reyslər Təl-Əvivdə yerləşən Ben-Qurion Beynəlxalq Hava Limanından yola düşüb.
Qeyd edilib ki, sərnişin daşımalarına icazə alan aviaşirkətlər arasında "El Al", "Israir", "Arkia" və "Air Haifa" yer alır. Uçuşların təhlükəsizlik tədbirləri nəzərə alınmaqla mərhələli şəkildə bərpa olunduğu bildirilib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...