İsrail girovların azad edilməsi üçün Qəzzada atəşkəsi uzatmağa hazırdır
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Qəzza zolağında HƏMAS tərəfindən saxlanılan daha çox israilli girovun azad edilməsi müqabilində anklavda atəşkəsi uzatmağa hazırdır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar Brüsseldə Rumıniya, Bolqarıstan, Finlandiya, Slovakiya və Macarıstanın xarici işlər nazirləri ilə görüşündə bildirib.
"Daha çox girovun azad edilməsi müqabilində müvəqqəti atəşkəsin uzadılmasını istisna etmirik. "Girovlar azad edilmədən bu baş verməyəcək. Biz girovlarımızı azad etmək və Qəzza zolağındakı müharibədə qarşıya qoyduğumuz məqsədlərə nail olmaqla bağlı öhdəlik götürmüşük", - o əlavə edib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...