İspaniyada mobil elektrik şəbəkələri çökdü

İspaniyada "Telefonica" şirkətinə məxsus telekommunikasiya infrastrukturunda baş verən texniki nasazlıq ölkə üzrə ciddi rabitə problemlərinə səbəb olub. Hadisə bir neçə həftə əvvəl yaşanan genişmiqyaslı elektrik kəsintilərindən sonra qeydə alınıb.
BAKU.WS xəbər verir ki, nasazlıq səbəbindən bir çox bölgələrdə, xüsusən sabit xətlərdə əlaqə tamamilə kəsilib. Mobil səs xidmətləri də qismən pozulub, 112 fövqəladə yardım xətti isə istifadədən çıxıb. Aragon, Ekstremadura, Bask və Valensiya kimi muxtar bölgələrdə vətəndaşlar təcili yardım xidmətinə müraciət edə bilməyiblər. Yerli hakimiyyət orqanları alternativ əlaqə nömrələri təqdim ediblər.
İspaniya mediasının məlumatına görə, kəsinti çərşənbə axşamı səhər saat 02:00 radələrində başlayıb. "Downdetector" platformasının məlumatına əsasən, istifadəçilərin 72%-i ümumi xidmət kəsintisi, 18%-i siqnal itkisi, 10%-i isə tam bağlantı problemi yaşayıb.
"Telefonica"dan verilən açıqlamada, şəbəkədə aparılan yeniləmələrin bəzi şirkətlərin xidmətlərini təsirə məruz qoyduğu bildirilib: "Problemin aradan qaldırılması üçün çalışırıq."
Qeyd edək ki, İspaniya ötən ay da genişmiqyaslı elektrik kəsintiləri ilə üzləşmişdi və bu hallar ölkə üzrə ciddi problemlərə yol açmışdı.
Oxşar xəbərlər
Zelenski Putinlə sülh danışıqları aparmağa hazır olduğunu təsdiqləyib
Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə sülh sazişinin şərtlərini müzakirə etmək üçün danışıqlar aparmağa hazır olduğunu təsdiql...