İspaniyada dronlarla narkotik daşıyan dəstə zərərsizləşdirilib
İspaniya Milli Polisi Ukraynaya məxsus dronlarda Mərakeşdən ölkəyə narkotik maddələr daşıdığı iddia edilən cinayətkar qrupu zərərsizləşdirib.
"Report" xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanlarının yaydığı press-relizdə deyilir.
"Milli polisin əməkdaşları Alxesirasda (İspaniyanın cənubundakı şəhər - red.) pilotsuz uçuş aparatlarından istifadə etməklə ölkəmizə həşiş gətirməklə məşğul olduğu iddia olunan cinayətkar təşkilatı zərərsizləşdiriblər. "Narkodronlar" Ukraynada istehsal olunur, sonra isə avtomobil yolu ilə ölkəmizin cənubuna gətirilirdi", - məlumatda bildirilir.
Qeyd olunur ki, Avropol nümayəndələrinin, eləcə də Ukrayna və Polşanın polis orqanlarının iştirak etdiyi istintaq çərçivəsində Alxesiras və Marbelya şəhərlərində 6 axtarış aparılıb. Nəticədə 10 nəfər saxlanılıb ki, onlardan 7-si həbs edilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətkarlar hər uçuşda təqribən 10 kq həşiş daşıya bilən və 50 km-dən çox uçuş məsafəsinə malik əllə düzəldilmiş iri dronlardan istifadə ediblər. Vurğulanır ki, bu dronlar Mərakeş və İspaniya arasındakı marşrutu eniş ehtiyacı olmadan Cəbəllütariq boğazının suları üzərindən keçə bilərdi.
Oxşar xəbərlər
Putin: "Rusiya bütün məhvetmə vasitələrindən istifadə edəcək"
"Ukrayna nüvə silahı alarsa, Rusiya bütün məhvetmə vasitələrindən istifadə etməyə məcbur olacaq". Oxu.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Q...