İspaniyada dəmir yolu kabelləri oğurlandı, 10 mindən çox sərnişin yolda qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniyanın Toledo şəhərində dəmir yolu kabellərinin oğurlanması səbəbindən 10 min 700-dən çox sərnişin və onlarca qatarın hərəkəti ciddi şəkildə pozulub.
BAKU.WS xəbər verir ki, İspaniyanın EFE xəbər agentliyinin yaydığı məlumata görə, hadisə 1 May tarixini həftə sonu tətili ilə birləşdirərək səyahətə çıxan minlərlə insanın yolda qalmasına səbəb olub.
Hadisə nəticəsində Madriddən Sevilyaya qədər uzanan sürətli qatar xəttində ciddi gecikmələr yaşanıb, bəzi seferlər isə tamamilə dayandırılıb.
İspaniyanın Nəqliyyat naziri Oskar Puente məsul şəxslərin tapılması üçün ictimaiyyəti əməkdaşlığa çağırıb.
Renfe dəmir yolu şirkətinin rəhbəri Alvaro Fernandez de Heredia isə X (keçmiş Twitter) hesabında yaydığı açıqlamada, oğurluqdan sonra yaranan problemlərin böyük ölçüdə aradan qaldırıldığını bildirib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...