"İsmayıl abi" evləndi

İsmayıl abi evləndi
Foto
Dünya 143

Serkan Keskin və Meriç Aralın sadə toy mərasimi ilə evləniblər.

BAKU.WS türk mediasına istinadən xəbər verir ki, Serkan Keskin və Meriç Aral ailələri və yaxın dostlarının iştirakı ilə maraqlı toy ediblər.

Altı ildir xoşbəxt münasibətdə olan məşhur aktyorlar Serkan Keskin və Meriç Aral ötən gecə ailə qurublar. Uzun illər sevgilərini diqqət mərkəzindən uzaq yaşayan cütlük nəhayət münasibətlərini rəsmiləşdirərək ailə qurub.

Sadə toy mərasiminə üstünlük verən cütlüyün toy şahidləri Efe Tuncer və Birkan Sokullu olub. Semi Delareyna Meriç Aralın gəlinliyini dizayn edərkən, Serkan Keskin gecəyə dünyaca məşhur brendin bəy kostyumu ilə qatılıb. Serkan Kəskin illərdir birlikdə olduğu sevgilisini ilk dəfə gəlinlikdə görəndə göz yaşlarını saxlaya bilməyib. Qeyd edək ki, Serkan Keskin daha çox "Leyla ile Mucnun" serialında canlandırdığı İsmayil abi obrazı ilə məşhurlaşmışdı.

Serkan Keskin-Meriç Aral cüftünün toyunda kim iştirak edib?

Ailəsi və yaxın dostlarının qatıldığı mərasimdə Demet Akbağ, Nur Sürer, Özge Özpirinççi, Burak Yamantürk, Hazal Kaya, Ali Atay, Demet Evqar, Kıvanç Tatlıtuğ, Başak Dizer, Barış Arduç, Cengiz Bozkurt, Birkan Sokullu, Bartu Küçükçağlayan, Taner Ölmez, Ece Çeşmioğlu, Bennu Yıldırımlar, Funda Eryiğit, Berkun Oya, Alina Boz, Umut Evirgen, Necip Memili, Melikşah Altuntaş, Boran Kuzum, Efe Tunçer, İbrahim Səlim, İlker Kızmaz, Esra Ruşan, Özgür Çevik, Bengi Sarp. Apak, Metin Akdülger, Ozan Açıktan, Ece Yörenç, Derya Şensoy, Ferhan Şensoy, Serkay Tütüncü, Zeynep Baştık, Umut Kurt kimi məşhur dostlar cütlüyü tək qoymayıb.

Son xəbərlər