İŞİD-in Suriyadakı liderlərindən biri öldürüldü
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq koalisiya qüvvələrinin Suriyanın şimal-qərbində keçirdiyi əməliyyat nəticəsində təşkilatla əlaqəli qruplara rəhbərlik edən "İraq Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının liderlərindən biri məhv edilib.
Oxu.Az xəbər verir ki, bunu "Əl-İxbariya" telekanalına Suriya təhlükəsizlik xidmətindəki mənbə bildirib.
Onun sözlərinə görə, Əli ləqəbi ilə tanınan İraq vətəndaşı Salah Numan İdlib vilayətinin şimalındakı Atma kəndində gizlənib. Koalisiya qüvvələri evə hava zərbəsi endirib və binanı mühasirəyə alıblar. Ekstremist qaçmağa çalışsa da, yerindəcə zərərsizləşdirilib. Əməliyyatda Suriya və İraqın təhlükəsizlik qüvvələri iştirak ediblər.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...