İş qadını çantasını oğurlayan adamı maşını ilə 4 dəfə vurub qaçdı

İş qadını çantasını oğurlayan adamı maşını ilə 4 dəfə vurub qaçdı
Foto
Dünya 293

İtaliyada varlı iş qadını Çinzia Dal Pinonun keçirdiyi qəza mətbuatının gündəmini zəbt edib.

İş qadını çantasını oğurlayan adamı maşını ilə 4 dəfə vurub qaçdı

BAKU.WS xəbər verir ki, qadın maşının açıq pəncərəsindən çantasını oğurlayan 52 yaşlı mərakeşli Nourdine Nazikin izinə düşərək omnu dörd dəfə vurub. Bu barədə yerli mətbuatda görüntülər yayılıb. Çiniza avtombilini 4 dəfə mağaza yaxınlığında olan Nazikə çırpıb.

İş qadını çantasını oğurlayan adamı maşını ilə 4 dəfə vurub qaçdı

Hadisə Viareggio şəhərində yaşanıb. O qəza yerinə təcili yardım çağırmadan uzaqlaşıb.

Çinzia Nazikin onu bıçaqla təhdid etdiyini deyib. Lakin oğrunun üzərindən heç nə tapılmayıb.

Naziki yerləşdirilidiyi xəstəxanada vəfat edib. Qadın isə məhkəmənin qərarı ilə ev həbsinə buraxılıb.

Çinzia Dal Pinonun heç bir cəza almadan ev həbsinə buraxılması ölkəni ayağa qaldırıb.

İtaliya Baş nazirinin müavini Matteo Salvini isə Nourdine Nazikin günahkar olduğu üçün öldüyünü bildirib. Nazikinin ailəsi isə ədalət tələb edərək Dal Pinonun həbsdə saxlanılmalı olduğunu deyib.

Hadisə ölkə gündəmində "Pulu olanın gücü var, qanun hamıya bərabər deyil" kimi fikirlərin yayılmasına səbəb olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər