İrlandada türk məscidinə irqçi hücum edildi
İrlandanın paytaxtı Dublin şəhərində fəaliyyət göstərən və türk icmasının istifadə etdiyi məscid və təhsil mərkəzinə irqçi motivli hücum baş verib.
BAKU.WS xəbər verir ki, hadisə iyulun 24-də cümə namazı zamanı qeydə alınıb. İbadət vaxtı mərkəzə daxil olmağa cəhd edən ifrat sağçı qrup təhlükəsizlik əməkdaşları tərəfindən dayandırılıb. Onlara ibadətin davam etdiyi üçün binaya girişə icazə verilməyib.
Bundan sonra qrup üzvləri ilə təhlükəsizlik işçiləri arasında mübahisə yaranıb. Mübahisə zamanı hücumçulardan biri girişdə xidmət aparan türk təhlükəsizlik əməkdaşına yumruqla zərbə endirib.
Məlumata görə, hücum edən şəxslər hadisəni mobil telefonla lentə alaraq sonradan sosial şəbəkələrdə yayıblar.
Təhlükəsizlik əməkdaşlarının və ətrafdakı şəxslərin müdaxiləsi nəticəsində insidentin daha da böyüməsinin qarşısı alınıb.
Hadisədən sonra Dublin şəhərinin Hardvik Leyn bölgəsində yerləşən məscid və təhsil mərkəzinin rəhbərliyi hücum edən şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına rəsmi şikayət edib. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
İordan çayının Qərb sahilində toqquşmalar şiddətləndi
İordan çayının Qərb sahilində Fələstin müqavimət qrupları ilə İsrail ordusu arasında gərgin qarşıdurmalar davam edir. BAKU.WS xəbər verir ki, bu barədə Livanın...