IRIB: Hörmüz boğazında ABŞ ilə İran arasında qarşılıqlı hücumlar qeydə alınıb
ABŞ İranın neft tankerinə hücum edib və İslam Respublikası buna cavab olaraq Amerikanın gəmilərinə raket zərbələri endirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə yüksəkrütbəli hərbi mənbəyə istinadən IRIB məlumat yayıb.
"ABŞ ordusunun İran neft tankerinə hücumundan sonra, Hörmüz boğazı ərazisində hücumu həyata keçirən düşmən bölmələri İranın raket atəşinə məruz qalıb", - məlumatda bildirilib və əlavə olunub ki, ABŞ ordusu itki verərək geri çəkilib.
Qeyd edək ki, daha əvvəl Keşm adası və Bəndər-Abbas limanının ərazisində bir neçə partlayış səsinin eşidildiyi barədə xəbər yayılıb. Bəzi mənbələr Birləşmiş Ərəb Əmirliklərinin qırıcıları vasitəsilə Bəndər-Abbas limanının bombalandığını iddia edib. Digər məlumatda isə Bəndər-Abbasa PUA hücumu və Sirikdə partlayış təkzib olunub.
Oxşar xəbərlər
Fransa Durovdan sonra Maska qarşı hərəkətə keçib
Paris Prokurorluğu amerikalı sahibkar İlon Mask və ona məxsus "X" sosial şəbəkəsi ilə bağlı ilkin istintaqa başlayıb. BAKU.WS xəbər verir ki, bu barədə "Le Mon...