İrəvanda iş adamı avtomobilində ölü tapılıb
18
avq
2025
22:41
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanlı iş adamı Karen Qasparyan İrəvanda ölü tapılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Armlur" nəşri məlumat yayıb.
Məlumata görə, başın gicgah nahiyəsindən güllə yarası almış kişinin meyiti Dəmirçyan küçəsində "Mercedes-Benz" markalı avtomobildə, əlində tapança aşkar edilib. İlkin versiyaya görə, bu, intihar ola bilər.
Hazırda hadisə yerində əməliyyatçılar işləyir. Qeyd olunur ki, Qasparyan Ermənistan paytaxtında elit yaşayış komplekslərinin tikintisi ilə məşğul olub.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...