İraqın prezidenti kim seçiləcək? - İki gün sonra bəlli olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
İraqda dövlət başçısının seçilməsi ilə bağlı prosesin tarixi açıqlanıb.
BAKU.WS xəbər verir ki, prezident seçkiləri yanvarın 27-də ölkə parlamentində - Nümayəndələr Şurasının iclası zamanı keçiriləcək.
Parlament sədri Heybət əl-Həlbusi bildirib ki, iclas xüsusi olaraq prezidentin seçilməsinə həsr olunacaq. Seçkilərdə iştirak etmək üçün namizədlərin yekun siyahısına 19 nəfər daxil edilib. Onlar arasında hazırkı prezident Əbdül Lətif Rəşid, eləcə də İraqın xarici işlər naziri Fuad Hüseyn də var.
Qeyd edək ki, 2025-ci ilin sonunda Heybət əl-Həlbusi parlament sədri seçildikdən sonra Konstitusiyaya uyğun olaraq, 30 gün ərzində prezident seçkilərinin keçirilməsi nəzərdə tutulurdu. Yeni seçiləcək prezident isə parlamentdə ən böyük koalisiyaya ölkənin baş naziri postuna namizəd təqdim etmək səlahiyyətinə malik olacaq.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...