İranla razılaşmaya çox yaxınıq, İsraili cavab zərbəsindən çəkindirmək istəyirəm - Tramp
ABŞ Prezidenti Donald Tramp İranla yekun razılaşmanın əldə olunmasına çox yaxın olduqlarını bildirib.
BAKU.WS xəbər verir ki, Tramp bu barədə Axios-un jurnalisti Barak Ravidə telefon müsahibəsində danışıb.
Onun sözlərinə görə, hazırkı gərginliyin davam etməsi istənilən nəticəyə gətirib çıxarmır və tərəflər arasında eskalasiya arzuolunmazdır.
"İranın zərbələri heç kimə ciddi ziyan vurmayıb. Ümid edirəm ki, İsrail cavab zərbəsi endirməyəcək. Əgər Bibi cavab versə, bu proses davam edəcək - son 47 ildə olduğu kimi, yaxud son 3000 ildə olduğu kimi", – Tramp qeyd edib.
ABŞ Prezidenti həmçinin bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edərək cavab addımlarından çəkinməsini xahiş etməyi planlaşdırır. Onun sözlərinə görə, tərəflərin hər biri artıq öz zərbəsini endirib və yeni eskalasiyaya ehtiyac yoxdur.
Oxşar xəbərlər
İsrail Qəzza sərhəd keçidlərini bağladı
İsrail İranın raket hücumlarından sonra Qəzza sərhəd keçidlərinin ikinci bir xəbərdarlığa qədər bağlandığını açıqlayıb. BAKU.WS "Times of Israel"ə istinadən xəb...