İranın Xarq adası ətrafında partlayış olub
Yeniliklərdən dərhal xəbərdar olun
İranın Fars körfəzində yerləşən Xarq adası yaxınlığında gecə saatlarında partlayış səsi qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə İranın "Fars" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, hadisənin dəqiq başvermə yeri və səbəbi hələlik müəyyənləşdirilməyib. İlkin ehtimallara əsasən, partlayış adanın ətraf ərazilərindən birində baş verib.
İranın digər informasiya resursu olan "Tasnim" agentliyi isə hadisənin hərbi və ya təhlükəsizlik xarakterli fövqəladə vəziyyətlə bağlı olmadığını bildirib. Agentliyin məlumatına görə, eşidilən partlayış səsləri partlayıcı sursatların planlı şəkildə zərərsizləşdirilməsi prosesi ilə əlaqədar ola bilər.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...