İranın hüquq müdafiəçisi Kianoosh Sancari intihar edib
İranlı, tanınmış insan haqları müdafiəçisi Kianoosh Sanjari həbsdə olan siyasi məhbusların azad edilməməsi səbəbindən intihar edib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Sanjari ölmədən əvvəl İranın təzyiqçi rejiminə qarşı etiraz edəcəyini bildirmişdi.
Kianoosh Sanjarinin yüksək bir binadan atlayaraq həyatına son qoyduğu təsdiqlənib.
Sanjari ölümündən əvvəl sosial mediada paylaşım edərək İran rejiminə çağırış etmiş və dörd siyasi məhbusun azad edilməsini tələb etmişdi.
O, ilk paylaşımında, "Əgər Fateme Sepehari, Nasreen Shakrami, Tomaj Salehi və Arsham Rezaei bu gün saat 19:00-a qədər azad edilməzlərsə... Xamenei və tərəfdarlarının diktaturasına qarşı etiraz məqsədi ilə həyatıma son verəcəyəm" deyə yazıb.
Bu müddət bitdikdən sonra etdiyi son paylaşımında isə "İranlıların bir gün oyanıb köləlikdən qurtulmasını" arzuladığını bildirib.
Sanjari, "Etiraz hər bir İran vətəndaşının haqqıdır. Heç kim fikirlərini ifadə etdiyi üçün həbs olunmamalıdır" ifadələrini də işlədib.
Qeyd edək ki, Sanjarinin azad edilməsini istədiyi dörd məhkum Mahsa Amini etirazlarına qatıldıqları üçün mühakimə olunmuşdu.
Oxşar xəbərlər
Narin Güranın qətli ilə bağlı şok kamera görüntüləri üzə çıxdı
Narin Güran qətlində yeni kamera görüntüləri ortaya çıxdı. Narinin qətlini kim və niyə törədib? BAKU.WS xəbər verir ki, Diyarbəkirdə itkin düşdükdən 19 gün sonr...