İranın bir neçə bölgəsində raket sınaqları keçirilib
İran ölkənin bir neçə bölgəsində raket sınaqları keçirib.
BAKU.WS bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Bildirilir ki, Kərəc, Xuzistan və İsfahan şəhərləri üzərində ortamənzilli raketlər, Ərak şəhəri yaxınlığında isə "Fateh" tipli uzaqmənzilli raketlər sınaqdan keçirilib.
Raket sınaqları zamanı çəkilən görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılıb. Kadrlarda raketlərin havaya buraxılması və uçuş trayektoriyası əks olunub.
Sınaqlar ABŞ-nin Yaxın Şərqdə hərbi mövcudluğunu artırdığı və İran ətrafına əlavə hərbi qüvvələr topladığı dövrdə baş tutub.
Oxşar xəbərlər
İranın ali lideri: ABŞ-nin hücumu regional miqyaslı qarşıdurmaya yol aça bilər
İranın ali rəhbəri Əli Xamenei ABŞ-nin İrana qarşı mümkün hərbi addımlarının ciddi nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib. BAKU.WS "Tasnim" agentliyi...