İranın BƏƏ-yə hücumunda 4 nəfər öldü, 112 nəfər yaralandı
İranın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ərazisinə endirdiyi hücumlar nəticəsində 4 nəfər həyatını itirib, 112 nəfər isə yaralanıb.
BAKU.WS xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, ölən şəxslər arasında Pakistan, Nepal və Banqladeş vətəndaşları da var. Yaralanan 112 nəfərin isə orta və yüngül dərəcəli xəsarətlər aldığı qeyd olunub.
Məlumata görə, ölkənin hava hücumundan müdafiə sistemləri gün ərzində 17 ballistik raket qeydə alıb. Onlardan 16-sı havada məhv edilib, bir raket isə dənizə düşüb.
Həmçinin hücum zamanı istifadə olunan 117 pilotsuz uçuş aparatından 113-ü zərərsizləşdirilib. Dörd PUA isə ölkə ərazisinə düşüb.
BƏƏ Müdafiə Nazirliyi bildirib ki, ölkənin silahlı qüvvələri bütün təhlükələrə qarşı hazır vəziyyətdədir və dövlətin təhlükəsizliyi ilə suverenliyinə yönələn istənilən təhdidə qəti cavab veriləcək.fzs
Oxşar xəbərlər
"Hizbullah" İranın yeni ali liderinə sadiqliyini bəyan etdi
Livanın "Hizbullah" hərəkatı Müctəba Xameneinin İranın ali lideri seçilməsini alqışlayıb və İranla ortaq yoluna sadiq qaldığını bəyan edib. BAKU.WS Oxu.Az-a ist...