İranın Ali Milli Təhlükəsizlik Şurasına yeni rəhbər təyin olunub

İranın Ali Milli Təhlükəsizlik Şurasına yeni rəhbər təyin olunub
Dünya 42

İran hakimiyyəti Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyinatı gecikdirməyib.

BAKU.WS xəbər verir ki, ölkənin ali rəhbəri Müctəba Xameneinin sərəncamı ilə bu posta sərt mövqeyi və Qərblə münasibətlərdə radikal xətti ilə tanınan Səid Cəlili gətirilib.

Rəsmi məlumata görə, Səid Cəlili bu vəzifədə ABŞ və İsrailin hücumu nəticəsində həlak olan Əli Laricanini əvəz edəcək.

Qeyd olunur ki, Cəlili İran siyasətində təcrübəli fiqur hesab olunur. O, müxtəlif yüksək vəzifələrdə çalışıb və ölkənin siyasi dairələrində geniş əlaqələrə malikdir.

Xatırladaq ki, Səid Cəlili 2024-cü ildə keçirilən prezident seçkilərində də iştirak edib, lakin seçkilərdə Məsud Pezeşkiana uduzub.

Bundan əvvəl məlumat verilmişdi ki, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ və İsrail qırıcılarının hücumu nəticəsində həyatını itirib. Hadisə zamanı onun oğlu da həlak olub.

Son xəbərlər