İrandan "atom bombası" açıqlaması: Müzakirədən başqa yol yoxdur
Yeniliklərdən dərhal xəbərdar olun
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin nüvə proqramı ilə bağlı narahatlıqların yalnız diplomatik yolla aradan qaldırıla biləcəyini bildirib. Onun sözlərinə görə, bu məsələdə alternativ yol mövcud deyil.
BAKU.WS xəbər verir ki, Tehranda keçirilən konfransda çıxış edən nazir uranın zənginləşdirilməsinin İranın qanuni haqqı olduğunu vurğulayıb. Əraqçi qeyd edib ki, heç bir dövlət öz istəyi ilə İrana "buna sahib olmamalısan" deyə bilməz və bu mövqe ölkənin müstəqillik prinsipinə əsaslanır.
O, İranın nüvə proqramının hərbi məqsəd daşımadığını, əsas hədəfin enerji, səhiyyə və digər sahələrdə ehtiyacların ödənilməsi olduğunu deyib. Nazir bildirib ki, İran dialoqa açıqdır, lakin təzyiq və təhdid dili nəticə verməyəcək.
"Biz nüvə bombası ardınca getmirik. Bizim gücümüz böyük güclərə "yox" deyə bilmək iradəmizdir", – deyə Abbas Əraqçi əlavə edib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...