İranda yeni ali lider seçilib
İranda yeni ali liderin seçilməsi prosesi başa çatıb. Qərarın yaxın vaxtlarda rəsmi şəkildə açıqlanacağı bildirilir.
BAKU.WS xəbər verir ki, bu barədə İran Ekspertlər Şurasının Xorasan-Rəzəvi vilayətini təmsil edən üzvü Əhməd Ələmulhuda bildirib.
Onun sözlərinə görə, keçirilən səsvermə nəticəsində yeni ali rəhbər artıq müəyyən edilib.
"Seçki baş tutdu və ölkənin yeni lideri seçildi", – deyə Ələmulhuda qeyd edib.
Ələmülhüda əlavə edib ki, hazırda qərarın ictimaiyyətə rəsmi elan olunması məsələsi şuranın katibi Ayətullah Hüseyni Buşehrinin səlahiyyətindədir və yaxın zamanda bununla bağlı açıqlama veriləcəyi gözlənilir.
Qeyd edək ki, İran konstitusiyasına əsasən, Ekspertlər Şurasının üzvləri qəbul olunmuş qərarı sonradan dəyişmək hüququna malik deyillər.
Oxşar xəbərlər
Trampa sui-qəsd cəhdi ilə bağlı yeni görüntülər yayımlandı
ABŞ-də Donald Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı yeni görüntülər ictimaiyyətə təqdim olunub. Görüntülər Vaşinqtonda keçirilən Ağ Saray Müxbirlər Assosiasiyas...