Bu gün Ali Lideri seçmək üçün iclas keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
İranda ölkənin Ali Lider postuna yeni namizədin müəyyənləşdirilməsi məqsədilə bu gün Ekspertlər Şurasının toplantısı baş tutacaq.
BAKU.WS xəbər verir ki, iclas zamanı ali rəhbər vəzifəsinə seçim prosesi müzakirə ediləcək.
Yeni lider müəyyən olunana qədər isə ölkənin ali səlahiyyətlərini icra etmək üçün Müvəqqəti Rəhbərlik Şurasının yaradılması planlaşdırılır.
Bildirilir ki, bu şuraya hazırkı prezident, məhkəmə hakimiyyətinin rəhbəri və İran Konstitusiyanın Keşikçiləri Şurasının ilahiyyatçı üzvlərindən biri daxil olacaq. Formalaşdırılacaq qurum yeni Ali Lider seçilənədək dövlət başçısına məxsus səlahiyyətləri həyata keçirəcək.
Prosesin ölkənin siyasi idarəetməsində mühüm mərhələ olduğu qeyd edilir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...