İranda uşaqlar Messinin futbolkasını yandırıblar
Yeniliklərdən dərhal xəbərdar olun
İranda keçirilən "Qüds günü" yürüşü zamanı bəzi uşaqlar argentinalı futbolçu Lionel Messinin futbolkalarını yandırıblar.
BAKU.WS xəbər verir ki, bu barədə İranın "Fars" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, tədbir Borucerd şəhərində keçirilib. Yürüş zamanı yeniyetmələr ABŞ və İsrail əleyhinə şüarlar səsləndirib, daha sonra isə Messinin futbolkasını yandırıblar.
Bildirilir ki, buna səbəb futbolçunun komandasının ötən gün Ağ Evdə keçirilən tədbirdə iştirakı olub. "İnter Mayami" klubunun futbolçuları 2025-ci ilin noyabrında MLS Kubokunun qalibi olduqları üçün rəsmi qəbulda iştirak ediblər. Həmin mərasimdə Messi ABŞ prezidenti Donald Trampın Yaxın Şərqdə aparılan əməliyyat barədə çıxışını alqışlayıb.
Bu hadisə sosial şəbəkələrdə bəzi azarkeşlərin narazılığına səbəb olub. Bəzi istifadəçilər futbolçuya ünvanladıqları şərhlərdə onun bu addımını tənqid ediblər.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...