İranda şaxtada qazdan zəhərlənmə nəticəsində 7 nəfər ölüb
07
apr
2025
23:48
İranın şimalındakı Semnan əyalətində kömür şaxtasında qazdan zəhərlənmə nəticəsində azı 7 nəfər ölüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Məlumata görə, şaxtada olan bütün işçilər tuneldə qalıb və qazdan zəhərlənərək ölüblər. Qaz sızmasının dəqiq səbəbi hələ müəyyən edilməyib, lakin daha 3 nəfər hələ də içəridə ola bilər.
Ölən işçilərin üçünün əcnəbi olduğu qeyd edilir.
Oxşar xəbərlər
Ukraynadan Tatarıstana PUA hücumu: 2 ölü, 12 yaralı
Ukrayna ordusunun Rusiyanın Tatarıstan bölgəsinə pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyi bildirilir. BAKU.WS-in məlumatına görə, Tatarıstan rəhbərinin m...