İranda QUM FIRTINASI - Dövlət idarələri və məktəblər bağlanıb
İranın cənub-qərbində yerləşən bir neçə vilayətdə qum fırtınası və hava çirkliliyi səbəbindən dövlət idarələri, banklar, bütün təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə İranın rəsmi IRNA agentliyi məlumat yayıb.
Loristan, Kirmanşah, Kohgiluye-Boyer Əhməd, Mərkəzi və nüvə elektrik stansiyasının yerləşdiyi Buşehr vilayətlərində havadakı toz miqdarının artması səbəbindən fövqəladə qərar verilib. Bu vilayətlərdə dərslər onlayn şəkildə davam etdiriləcək.
Digər tərəfdən, İraqın Bəsrə şəhərinə yaxın Huzistan vilayətində qum fırtınası səbəbindən uçuşlarda gecikmələr yaşanıb. Əhvaz şəhərində 3 reysin ləğv edildiyi, 8 uçuşun isə ikinci bir bildirişə qədər təxirə salındığı bildirilib.
Bəzi bölgələrdə tozlu hava müşahidə edilməsilə yanaşı, paytaxt Tehran da daxil olmaqla 22 vilayətdə güclü yağış və ildırım gözlənilir.
Oxşar xəbərlər
İranda 2025-ci ildə edamların sayı artıb
2025-ci ildə İran həbsxanalarında ən azı 1922 nəfər edam edilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu statistika edamların 2024-cü illə müqayisədə 106...