İranda hava zərbələri nəticəsində məktəbdə ölənlərin sayı 50 nəfəri ötüb
İsrailin İran ərazisinə hücumları nəticəsində Minabdakı məktəbdə həlak olanların sayı 51 nəfərə çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Bundan başqa, xəsarət alanların sayının 60 nəfərə yüksəldiyi bildirilir.
***
İsrailin İran ərazisinə hücumları nəticəsində Minabdakı məktəbdə həlak olanların sayı 40 nəfərə yüksəlib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
Bundan başqa, bildirilir ki, zərər çəkənlərin sayı 48 nəfərə yüksəlib.
***
İsrailin hücumları nəticəsində İranın Minab şəhərində (Hörmözqan əyaləti) qızlar üçün ibtidai məktəbdə 24 şagird həlak olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Mehr news" agentliyi məlumat yayıb.
Qeyd edilib ki, bu gün səhər əyalətdə qızlar üçün "Şəcərət Tayibə" ibtidai məktəbi İsrail qüvvələrinin hücumuna məruz qalıb. Nəticədə şagirdlər həlak olub.
Oxşar xəbərlər
İran ABŞ-nin Bəhreyndəki hərbi-dəniz bazasına zərbələr endirdi
İranın ABŞ-nin Bəhreyndəki hərbi-dəniz bazasına raketlər atıb. Oxu.Az xəbər verir ki, raketlər ABŞ-nin 5-ci Əməliyyat Donanmasının qərargahının yerləşdiyi əraz...