İranda milli valyutanın denominasiyası təsdiqləndi
09
noy
2025
20:42
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İranda milli valyutanın denominasiyası təsdiqlənib.
BAKU.WS "Azad İran" "Telegram" kanalına istinadən bildirir ki, bununla bağlı Konstitusiyanın İcrasına Nəzarət Şurasının sözçüsü Hadi Tahan Nəzif açıqlama verib.
Nəzif bildirib ki, Şura ölkənin milli valyutasından dörd sıfırın silinməsini təsdiqləyib.
Onun sözlərinə görə, bu dəyişikliklər İran qanunlarına və konstitusiya prinsiplərinə zidd deyil.
Xatırladaq ki, oktyabrın 5-də İran parlamenti milli valyuta olan rialdan dörd sıfırın silinməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...