İranda limanda partlayışlar davam edir: Ölən və yaralananların sayı artdı

İranın Bəndər Abbas şəhərindəki Rəcai limanında baş verən partlayışlar nəticəsində yaranan yanğın ətrafdakı konteynerlərə keçib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
Bildirilir ki, partlayışlar davam edir. Hadisə nəticəsində ölənlərin sayı artıq 8 nəfərə, yaralananların sayı isə 750 nəfərə çatıb.
*** 22:06
İranın cənubunda yerləşən Şahid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 700 nəfəri keçib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Hörmüzqan ostanının fövqəladə xidmətlər nümayəndəsi Mehrdad Həsənzadənin sözlərinə görə, zərərçəkənlərin sayı artsa da, onların çoxu tez bir zamanda tibbi yardım aldıqdan sonra xəstəxanaları tərk ediblər.
Nümayəndənin sözlərinə görə, hazırda vəziyyət nəzarət altındadır, bütün xidmətlər fəaliyyət göstərir və yanğınları söndürmək üçün qonşu ostanlardan bir neçə helikopter hadisə yerinə göndərilib.
Eyni zamanda, "Azad İran"ın verdiyi xəbərə görə, ölkədə fövqəladə vəziyyət elan edilib. Partlayışdan sonra havaya təhlükəli çirkli maddələrin yayılması riski yaranıb.
*** 19:56
İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Hörmüzqan vilayətinin fövqəladə hallar xidmətinin nümayəndəsi Mehrdad Həsənzadə IRIB telekanalının efirində bildirib.
"Partlayış nəticəsində ölənlərin sayı 5-ə çatıb. Xəsarət alanların sayı artmaqda davam edir, lakin bir çoxları yardım aldıqdan sonra tibb müəssisələrini tez tərk edirlər", - Həsənzadə qeyd edib.
Onun sözlərinə görə, hazırda vəziyyət nəzarət altındadır, bütün xidmətlər işləyir, yanğınların söndürülməsi üçün əraziyə qonşu əyalətlərdən bir neçə helikopter göndərilib.
*** 17:45
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb.
BAKU.WS xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə İdarəsinin direktoru Babək Mahmudi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda yanğınsöndürmə ilə yanaşı, xilasetmə əməliyyatı da davam etdirilir. Yanğının əhatəsinin çox geniş olduğu bildirilir.

Oxşar xəbərlər
Yaşar Gülər: Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib
Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyənin milli m...